Qazaxıstanda ötən gün 1 687 koronavirus infeksiyasına (911 simptomatik daşıyıcı və 776 asimptomatik daşıyıcı) yoluxma halı qeydə alınıb. 

Bu barədə ölkənin Milli Sağlamlıq Mərkəzi məlumat yayıb.

Yeni COVID-19 yoluxma hallarının əksəriyyəti Almatı (247), Şərqi-Qazaxıstan (216) və Atırau bölgəsində (180) qeydə alınıb.

Ümumilikdə ölkədə 78 486 nəfər koronavirusa yoluxub, 48 mindən çox pasiyent sağalıb, 610 nəfər ölüb.report