Türk Dövlətləri Təşkilatının (TDT) onuncu yubiley sammiti 2023-cü ildə Qazaxıstanda keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Qazaxıstanın prezdenti Kasım-Jomart Tokayev açıqlayıb.

Açıqlamada Tokayev Qazaxıstanın təşkilatın təsisçilərindən biri kimi türk dövlətləri ilə çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

O, TDT türk xalqlarının əməkdaşlığının və birliyinin möhkəmləndirilməsi üçün unikal platforma olduğunu vurğulayıb.