Qazaxıstan hakimiyyəti öz bazarını təmin etmək üçün avqustun 31-dək şəkər ixracına, o cümlədən Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə müvəqqəti qadağa qoyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, buna səbəb ölkənin daxili bazarını təmin etmək və anbarları doldurmaqdır.

Qeyd edək ki, şəkərin ixracına müvəqqəti məhdudlaşdırıcı tədbirlərin müəyyən edilməsi barədə qərar mayın 6-da verilib. Bildirilib ki, daxili bazarda həm əhali, həm də sənaye istehlakçıları tərəfindən şəkər istehlakında artım müşahidə olunur.

 

Gözəl Həşimova