Bu ilin yanvar-avqust aylarında Azərbaycan 139,5 milyon dollar dəyərində 116,9 min ton pomidor ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni ayları ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 12,3% və ya 15,2 milyon dollar artıb.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycandan 124,2 milyon dollar dəyərində 112 min ton pomidor ixrac edilib.

 

Gözəl Həşimova