Qazaxıstan Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları səbəbindən ölkəyə 106 adda malın tədarükünü dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev deyib.

"Qazaxıstan Rusiyaya 106 məhsulun tədarükünü dayandırıb. Biz onların ixracını tamamilə məhdudlaşdırmışıq. Bunlar hərbi sursatlardır. Məsələn, dronlar, daxili hissələr, ixtisaslaşdırılmış elektronika, çiplər və oxşar məhsullar", - deyə o, bildirib.

 

Gözəl Həşimova