Qazaxıstan hakimiyyəti Rusiya ilə sərhəddə daha 7 keçid məntəqəsində elektron növbə tətbiq etməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Dövlət Gəlirləri Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ölkələr arasında keçid məntəqələrində sistem 2024-cü il yanvarın 15-dən aprelin 30-dək tətbiq olunacaq.

Bildirilib ki, elektron növbə sərhəd keçidinin operativliyini və şəffaflığını təmin edir, yük maşınlarının sıxlığını aradan qaldırır.

 

Gözəl Həşimova