Qaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində keçirilən toyda qeydə alınıb.

Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Yamən Şıxəmirli bıçaqlanıb.

Hadisənin bəy - Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov tərəfindən törədildiyi məlum olub. Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

***

11.21

Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş -deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.