Belçika Liqası komandalarından  "Gent" zəlzələdən zərər çəkən Türkiyəyə dəstək göstərmək üçün oynadıqları "Ghelamco Arena"nı ay ulduzlu bayraqla işıqlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, Belçika komandası "Həmrəylik" başlığı altında verdiyi açıqlamada, "Türkiyə və Suriya dağıdıcı zəlzələ ilə sarsıldı. Bütün  "Gent" ailəsinin düşüncəsi zərər çəkmiş bölgədə yaşayanlarla və bu təbii fəlakətdən zərər çəkən hər kəslədir". "Gent," iki ölkənin bayraqlarının bu gecəyə qədər stadionu işıqlandırmaqda davam edəcəyini bildirib".