Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Bayer”in futbolçusu Florian Virts Avropada möhtəşəm performansla diqqət çəkir.

İqtisadiyyat.az xəbət verir ki, 20 yaşlı yarımmüdafiəçi 2023-cü ildə Avropanın TOP-5 liqasında ən çox məhsuldar ötürmə verən futbolçudur.

Almaniya millisinin üzvü bu il bütün turnirlərdə keçirdiyi 42 görüşdə 18 qolun assistini edib. Virts son olaraq dünən Bundesliqa çərçivəsində “Union”la matçda (4:0) bir assistə imza atıb.

Onu hazırda “Real”ın hücumçusu Vinisius 17 məhsuldar ötürmə ilə izləyir. “İlk 5-liy”in digər “sakinləri” Kevin De Bruyne (“Mançester Siti” – 15 assist), Məhəmməd Salah (“Liverpul” – 14), Trent Aleksander-Arnold (“Liverpul” – 13), Bukayo Saka (“Arsenal” – 13) və Bruno Fernandeşdir (“Mançester Yunayted” – 13).

Qeyd edək ki, Florian Virts “Qarabağ”ı Leverkuzendə 5:1 hesabı ilə məğlub etdikləri görüşdə 3 qolun ötürməsini vermişdi