"Qarabağ" FK ilə dünyanın tanınmış idman institutlarından olan Johan Cruyff Institute arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Müqaviləyə əsasən, "atlılar"ın Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev və PR & Marketinq departamentinin rəhbəri Yusif Cəfərov "Johan Cruyff Institute"da təhsil alacaqlar.

Xatırladaq ki, klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də "Johan Cruyff Institute"da təhsilini davam etdirir.

Müqavilə şərtlərinə əsasən, "Qarabağ"ın əməkdaşları və futbolçuları idman sahəsində təcrübələrini və təhsillərini artırmaq imkanı əldə edəcəklər.