Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, günün ilk matçı "Tofiq Bəhramov" stadionunda keçiriləcək. "Qarabağ" "Kəpəz"i qonaq edəcək. Matç saat 16:00-da start götürəcək.

Günün ikinci matçı isə Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı klubu "Araz-Naxçıvan" klubunu qəbul edəcək. 

12-ci tur

4 noyabr

“Qarabağ” – “Kəpəz”

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə

Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00

“Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev

“Kapital Bank Arena”, 18:00