UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Mölde” (Norveç) oyununun biletləri sabah saat 12:00-dan iticket.az-da satışa çıxarılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Yeni satış məntəqəmiz “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.