Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə elan etdikdən sonra tək insanlar deyil, təbiət canlıları da qurbana çevrilməkdədir.

İqtisadiyyat.az xəbər verir ki, müharibə başlayandan bəri Qara dənizdə 1000 delfin ölüb.

Bu barədə Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında qeyd olunub. Bildirilir ki, bu rəqəm Bolqarıstan və Türkiyə sahillərinə də aiddir. Delfinlərin kütləvi ölümü hazırda da davam edən müharibə ilə əlaqədardır. Dəniz minaları, partlayışlar, raket buraxılışları, qırıcı təyyarələrin aşağı uçuşları və s. əsas faktorlar sırasındadır.

Nazirliyin açıqlamasında tək delfinlərin deyil, digər çoxsaylı su canlılarının da bu səbəblərdən tələf olduğu bildirilir. Bundan başqa Kaxovka su elektrik stansiyasının dağıdılması, işğalçıların xüsusi akustik siqnallar buraxan gəmilərdən istifadəsi və digər səbəblər də su canlılarının ölümündə rol oynayır.