Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray" klubunun U-12 komandasının heyətində azərbaycanlı futbolçu çıxış edir.

İqtisadiyyat.az xəbər verir ki, daha əvvəl "Qarabağ" klubunun heyətində çıxış etmiş 12 yaşlı Kənan Həsənov "Qalatasaray" klubunun U-12 komandasının şərəfini qoruyur. 

Yeni start götürən U-12 liqasında sarı-qırmızılı forma ilə 2 oyuna çıxan Kənan Həsənov 4 qol vurmağı bacarıb. Kənan komandasında yarımmüdafiəçi mövqeyində çıxış edir.