"Qalatasaray" klubu heyətinə yeni futbolçu cəlb etmək üzrədir.

İqtisadiyyat.az xəbər verir ki, İstanbul təmsilçisi "Roma"nın italiyalı futbolçusu Nikolo Zaniyolo və klubu ilə razılığa gəldi. Futbolçu üçün qarşı tərəfə 25 milyon avro ödəniləcək.

Futbolçu sabah tibbi müayinədən keçmək üçün İstanbula gələcək. Müqavilə 2027-ci ilin iyununa kimi nəzərdə tutulub.