Mövsümün əvvəlində "Qalatasaray"ın "Benfika"dan heyətinə qatdığı Haris Seferoviç mövsümün sonuna kimi "Kasımpaşa"ya icarəyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, "Qalatasaray"da icarə əsasında çıxış edən Haris Seferoviç Super Liqa təmsilçisi "Kasımpaşa" ilə anlaşıb.

Mövsümün əvvəlində Portuqaliyanın "Benfika" klubundan icarəyə götürülən Haris Seferoviç "sarı-qırmızılılar"ın heyətində oynamaq şansı tapa bilmirdi.

Qeyd edək ki, futbolçu mövsümün sonuna kimi "Kasımpaşa"da çıxış edəcək.