Ukrayna istiqamətində baş verən hər şey Rusiya üçün ölüm-dirim məsələsidir, bu, ölkənin taleyidir, Qərb üçün isə sadəcə onların taktiki mövqeyindən söhbət gedir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pavellə müsahibəsində deyib. 

"Düşünürəm ki, bizim üçün, hətta xaricdəki dinləyicilər və tamaşaçılar üçün bizim düşüncəmizi başa düşmək, vəziyyətimizi anlamaq, bunun ölkəmiz, baş verən hər şey üçün nə qədər həssas və vacib olduğunu duymaq vacibdir. Ukrayna məsələsi onlar üçün taktiki mövqenin təkmilləşdirilməsidir. Amma bizim üçün bu taledir, bu ölüm-dirim məsələsidir", - Putin bildirib.

Rusiya prezidenti amerikalı Taker Karlsonla son müsahibəsinin tarixi hissəsi ilə bağlı sualı belə cavablandırıb:

"Uğurlu olub-olmamasından asılı olmayaraq bunu dinləyən insanların bunu başa düşməsini istədim. Mən hakim deyiləm".