Rusiya Prezidenti Vladimir Putin Ukraynada bütün cəbhə boyunca atəşkəs elan edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib.

Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.