"Qərb dövlətləri böyük Rusiyanın lazım olmadığına inanır, onu parçalamaq, özünə tabe etmək istəyirlər". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" proqramına müsahibəsində deyib.

"Reallıq budur, sonralar mən buna tam 100% əmin oldum ki, Sovet İttifaqı dağılandan sonra Qərb siyasətçiləri Rusiyanı tamamilə çökdürəcəyinə inanırdılar", - Putin deyib. 

O əlavə edib ki, həm ərazi baxımından dünyanın ən böyük ölkəsi, həm də əhalisinin sayına görə əksər Avropa dövlətlərindən üstün bir Rusiya heç kimə lazım deyil: "Birləşmiş Ştatların tanınmış siyasi xadimi, ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev Bjezinskinin təklif etdiyi kimi, Rusiyanı beş yerə bölmək, bu hissələri ayrıca tabe etmək və resurslardan istifadə etmək daha yaxşıdır".