Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da Minskə səfəri çərçivəsində belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Pul of the First” Telegram kanalı məlumat yayıb.

Səfər zamanı baş nazirlərin və bəzi nazirlərin iştirakı ilə siyasətçilərin geniş tərkibdə söhbəti nəzərdə tutulub. İttifaq dövləti çərçivəsində inteqrasiya məsələlərinə həsr olunacaq.

Putin və Lukaşenko təkbətək formatda danışıqları davam etdirəcəklər. Danışıqların ticarət-iqtisadi əməkdaşlıq məsələləri, idxalın əvəzlənməsi və enerji sahəsində birgə layihələri barəsində olacağı bildirilib.