Rusiya prezidenti Vladimir Putin son üç ildə ilk dəfə Minskə gəlib və burada Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Bu barədə RİA Novosti xəbər verir . Digər məsələlərlə yanaşı, dövlət başçıları regional təhlükəsizlik və təhdidlərə kollektiv reaksiyanı müzakirə edəcəklər.

Danışıqlar Rusiya-Belarus inteqrasiyası mövzusu ilə başlayacaq. Bu məsələni təkcə prezidentlər deyil, həm də iki ölkənin Nazirlər Kabinetinin üzvləri, nazirləri və departament rəhbərləri müzakirə edəcəklər.

Daha sonra Putin və Lukaşenko arasında təkbətək danışıqlar olacaq, bundan sonra dövlət başçılarının bəyanatlarla çıxış edəcəyi gözlənilir.