Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə edib.

İqtisadiyyat.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Marka və model göstərilməyib.

KCNA-nın qeyd etdiyi kimi, Kim Çen In üçün hədiyyəni fevralın 18-də onun bacısı, Koreya Fəhlə Partiyasının (WPK) Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq qəbul edib. O, Putinə minnətdarlığını çatdırıb