Rusiya prezidenti Putin, "Bütün münaqişələr diplomatik danışıqlarla bitir. Qarşı tərəf bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır" dedi.

İqtisadiyyat.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin gündəmlə bağlı açıqlamalar verib.

ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verməsindən danışan Putin, “Bu göndəriş ancaq münaqişəni uzadacaq”, - deyə bildirib.

"Bütün münaqişələr diplomatik danışıqlarla başa çatır. Qarşı tərəf bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır", - Putin bildirib.