Belarusla təhlükəsizlik məsələlərində əldə olunan irəliləyişdən məmnun olduqlarını qeyd edən Rusiya prezidenti Vladimir Putin deyib: “Belarus bizim üçün sadəcə olaraq yaxşı qonşu deyil, bizim qarşılıqlı maraqlarımızı nəzərə alaraq, onilliklər ərzində birgə çalışmışıq, lakin Belarus sözün əsl mənasında Belarusdur, bizim üçün müttəfiqdir”.


İqtisadiyyat.az xəbər verir ki, Putin Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Görüşün açıq hissəsində çıxış edən Putin, Lukaşenko ilə iki ölkə arasında başda iqtisadiyyat olmaqla əməkdaşlığı ümumi qiymətləndirmək istədiklərini bildirib.

Təhlükəsizlik mövzusunun iki ölkə münasibətlərində mühüm sahələrdən biri olduğuna diqqət çəkən Putin, “Son zamanlar biz beynəlxalq arenada təhlükəsizlik məsələlərinə və əməkdaşlığa çox diqqət yetirmişik və ümumiyyətlə, biz bundan razıyıq.”, - deyə o, qeyd edib.