Fransa nəhəngi PSJ-nin "Qalatasaray"ın sağ cinah müdafiəçisi Saşa Boey ilə maraqlandığı iddia edilib.

İqtisadiyyat.az Fransada yayım edən "Tele Foot"a istinadən xəbər verir ki, PSJ-nin müdafiəsinin sağ cinahında çıxış edən Nordi Mukielenin Almaniya "Bavariya"sına transferi gündəmdədir.

Əgər bu ayrılıq baş verərsə, Liqa 1 komandası Mukiele əvəzinə Saşa Boeyi heyətinə qata biləcəyi bildirilib.