Bu il iyunun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 17,1% azalaraq 490.1 milyon manata enib.

 

İqtisadiyyat.az Mərkəzi Banka istinadən bildirir ki, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 17,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 27,2% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 2.3% təşkil edib.