İntizam Komitəsinin iclası keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, toplantında Premyer Liqanın V turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Turan Tovuz” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);

“Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);

“Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 53.2);

“Qəbələ” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zirə” klubu 700 manat cərimə edilir (maddə 37);

“Kəpəz” – “Araz-Naxçıvan” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2)