Polşanın baş naziri Mateuş Moravietski Avropa Birliyi tərəfdaşlarını daha cəsarətli olmağa və gizlənmək əvəzinə iqtisadi güclərini Rusiyaya qarşı istifadə etməyə çağırıb.

Görüşlərdə Rusiyanın Ukraynaya təcavüzünün pisləndiyini bildirən Moravietski "bu təcavüzün əslində nədən ibarət olduğunu izah etmək, ittifaqların qurulmasının vacib bir hissəsidir" – deyib.

Təbii qaz və enerji qiymətlərinin mümkün qədər aşağı salınmalıdır.

Bütün bu müddət ərzində Aİ səviyyəsində ortaq qərar olmayıb. Ona görə də Aİ tərəfdaşlarımızı daha cəsarətli olmağa, sadəcə olaraq iqtisadi imkanlardan istifadə etməyə çağırıram.