Polşa, Avropa İttifaqının (Aİ) mövcud məhdudiyyətləri başa çatdıqdan sonra Ukraynadan taxıl idxalına qadağa müddətini uzadacaq

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, hökumət bu qərarı sentyabrın 12-də təsdiq edəcək. Bildirilib ki, ölkə hakimiyyəti polşalı fermerlərin maraqlarını və onların kənd təsərrüfatında imkanlarını qorumaq üçün belə bir qərar qəbul edəcək.

Bundan əvvəl Polşanın Baş naziri Mateuş Moravetski Ukrayna taxılının idxalı ilə bağlı Avropa Komissiyasına ultimatum verib.

 

Gözəl Həşimova