Polşa Respublikasının Prezidenti Andjey Duda bundan sonra heç bir seçkidə iştirak etməyəcəyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polstat telekanalı məlumat yayıb.

“Mən artıq prezident seçkilərində iştirak etmiyəcəm. 2020-ci il prezident seçkiləri mənim həyatımda iştirak etdiyim son seçki olub”, - deyə o, bildirib.

Qeyd edək ki, Dudanın ikinci prezidentlik müddəti 2024-cü ildə başa çatır. Ölkə konstitusiyasına görə, bir şəxs ardıcıl iki müddətdən artıq prezident ola bilməz.

 

Gözəl Həşimova