Polşa millisinin yeni baş məşqçisi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, yığmanın sükanı Mixal Probejə tapşırılıb. Bu barədə Polşa Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 50 yaşlı mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Mixal bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Fernando Santuşu əvəzləyib.

Daha əvvəl Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin Polşa millisində baş məşqçi postuna namizədlər arasında olduğu iddia edilirdi.