Polşa Ekstraklasasında çempion məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, "Rakuv" ən yaxın izləyicisi "Legiya"nın XXXI turda xal itirməsindən sonra sona üç tur qalmış çempionluğunu təmin edib.

Komanda 71 xalla liderdir və "Legiya"nı 11 xal qabaqlayır.

2019/2020 mövsümündə əsas liqaya yüksələn "Rakuv" tarixində ilk dəfə Ekstraklasada çempionluq yaşayıb.