Abdulabad-Muğan avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

1985-ci il təvəllüdlü Şirəliyev Rəfail Əlizamin oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olan zaman qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil aşaraq 40 metr məsafəyə qədər yuvarlanıb.

Bu zaman avtomobildə olan sərnişinlər 2010-cu il təvəllüdlü Abuşov Məhəmməd Şamo oğlu və 2008-ci il təvəllüdlü Şirəliyev Əliyar Rəfail oğlu hadisə yerində ölüb, 2014-cü il təvəllüdlü Abuşov Pənah Şamo oğlu sol bud və bazu sümüklərinin sınığı, sürücü Rəfail Şirəliyev isə ümumi bədənin əzilməsi diaqnozu ilə Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılaraq istinaq aparılır.