"Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərlərinin tarixləri hələ müəyyən edilməyib, lakin iş gedir".

İqtisadiyyat.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Hələ ki, səfər gündəmdədir, türk tərəfdaşlarımızla əlaqə saxlayırıq, lakin hələlik dəqiq tarix yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir",- deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya lideri fürsət düşən kimi Türkiyəyə səfər edəcək.