Perunun Apurimak bölgəsində bazar günü başlayan meşə yanğınında ən azı 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Yanğının söndürülməsi davam edir.

İqtisadiyyat.az xəbər verir ki, indiyədək 200 hektar ərazi külə dönüb, xeyli heyvan tələf olub.

Milli Fövqəladə Hərəkat Mərkəzinin yaydığı açıqlamada yanğında 2 nəfərin itkin düşdüyü bildirilib.

Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğu və ordu helikopterləri ilə paytaxt Limaya aparıldığı bildirilib. 

Yanğının söndürülməsi davam edir.