Peruda etirazlarda ölənlərin sayı 18-ə yüksəlib, 426 nəfər isə yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Peru Ombudsman Aparatı açıqlama yayıb.

 Paytaxt Lima başda olmaqla Apurimac, Ancash, Ayacucho, Cajamarca, Cusco, Moquegua, Puno və San şəhərlərində küçələrə çıxan nümayişçilər polislə toqquşub.

Hadisələrdə daha 9 nəfərin ölməsi ilə Konqresə və hökumətə qarşı aksiyalarda ölənlərin sayı 18-ə yüksəlib.

Təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən qarşıdurmada 216-sı polis, 210-u mülki olmaqla cəmi 426 nəfər yaralanıb.

Etirazların sıx keçdiyi Ayacucho və Apurimac şəhərləri 13 ölümlə ən çox ölüm qeydə alınan şəhərlər olaraq diqqət çəkir.