Peruda etirazlarda həyatını itirənlərin sayı 8-ə çatıb.

İqtisadiyyat.az Peru mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxt Lima da daxil olmaqla, Puno, Kusko, Tacna, Apurimac və Arekipa şəhərlərində toplaşan minlərlə insan ölkənin yeni prezidenti Dina Boluartenin istefasını və konqresin bağlanmasını tələb edir.

Polislə nümayişçilər arasında baş verən qarşıdurmada ölənlərin sayı 8-ə yüksəlib.

Qeyd edək ki, Peruda dekabrın 7-də keçmiş prezident Pedro Kastilyonun vəzifəsindən azad edilərək həbsxanaya göndərilməsindən sonra etirazlar başlamışdı.