Peruda etirazlarda həyatını itirənlərin sayı 26-ya yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Peru Səhiyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada nümayişlərdə həyatını itirənlərin sayının 26-ya yüksəldiyi, 61 nəfərin isə xəstəxanalarda müalicəsinin davam etdiyi bildirilib.

Ombudsman Aparatının Twitter hesabında paylaşılan yazıda etirazlarda ölənlərlə bağlı prokurorluqdan “təcili araşdırma” başlatması tələb olunub.

Ölümlər səbəbilə dekabrın 17-də 2 nazir vəzifəsindən istefa vermiş, Konqresdə keçirilən səsvermədə Boluartenin seçkilərin 2023-cü ilin dekabrında keçirilməsi təklifi rədd edilmişdi.

Qeyd edək ki, Peruda prezident Pedro Kastillonun 7 dekabrda Konqres tərəfindən vəzifəsindən azad edilərək həbsxanaya göndərilməsindən sonra ölkənin bir çox şəhərlərində minlərlə insan yeni prezident Dina Boluartenin istefası və həbsdə olan Kastilonun azadlığa buraxılması tələbi ilə küçələrə axışmışdı.