Çin səlahiyyətliləri 2018-ci ildən bəri orbitdəki kəşfiyyat peyklərinin sayını üç dəfədən çox artıraraq, kosmosdakı mövcudluğunu inanılmaz sürətlə genişləndirir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq məlumat verib.

"2024-cü ilin yanvar ayına olan məlumata görə, Çinin kəşfiyyat peyklərinin sayı 2018-ci ildən orbitdə mövcudluğunu üç dəfə artıraraq 359-a çatıb. Çin həmçinin ABŞ və müttəfiq qüvvələrini həm ölkə daxilində, həm də orbitdə müşahidə etmək, izləmək və hədəf almaq qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Bir sözlə, Çin kosmosda böyük sürətlə inkişaf edir", - general ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə vurğulayıb.

Onun fikrincə, Çin ABŞ-nin milli təhlükəsizliyinə qarşı ən böyük və ən mühüm problemdir:

"Pekin açıq şəkildə bəyan etdi ki, o, Şərqi Asiyada dominant gücə çevrilməyi və öz suveren maraqlarını təmin etməyə qadir olan dünya səviyyəli hərbi güclə dünya səhnəsində böyük gücə çevrilməyi hədəfləyir. 2045-ci ilə qədər Çin ABŞ ilə qüvvələrini bərabərləşdirmək və ya onu ötmək niyyətindədir".