Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

İqtisadiyyat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, tərəflər regiondakı vəziyyət, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi, o cümlədən beynəlxalq təşkilatlarla "Bakı-Xankəndi dialoqu" kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paşinyan Azərbaycanın Laçın yolunu "qeyri-qanuni şəkildə bağlaması" nəticəsində "Qarabağda dərinləşən humanitar böhran"a və bunun aradan qaldırılması üçün atılan addımlara toxunub.

Tərəflər regionda sabitliyin və sülhün bərqərar olmasını zəruri adlandırıblar. 

Paşinyan Ermənistan Respublikası hökumətinin sülh gündəliyinə sadiq olduğunu qeyd edib.