PASHA Bank İnsan Resursları üzrə Analitik vəzifəsinə vakansiya elan edir.

İqtisadiyyat.az xəbər verir ki, bank vakansiya ilə bağlı işin nədən ibarət olduğunu və sizdən nə tələb olduğunu açıqlayıb.

İşiniz nədən ibarətdir?

Kompensasiya və imtiyaz proqramlarını təşkil etmək və idarə etmək

Əmək haqqı sorğusu (salary survey) məlumatlarını və əmək bazarını analiz etmək,və yerli bazara uyğun maaşları və imtiyazlari təhlil etmək

Əmək haqqı, bonus və imtiyaz planının yenilənməsi ilə bağlı illik kompensasiya və müavinətlərin araşdırılması proseslərini icra etmək 

Kompensasiya və imtiyaz proqramlarına aid olan tənzimləmə tələblərinə uyğunlugu təmin etmək

HR və biznes liderlərinə təkliflər vermək üçün kompensasiya və imtiyaz məlumatlarını təhlil etmək

Kompensasiya və imtiyaz proqramları haqqında məlumatları təhlil etmək üçün Power Bi, Excel və buna bənzər vizuallaşdırma proqramlarında yaxşı səviyyədə işləməyi bacarmaq.

Planlaşdırma ve dizayn mərhələlərindən başlayaraq, “testing və deployment” mərhələləri daxil olmaqla, Employee Central, Kompensasiya modulu üçün lazım olan ERP layihəsinin bütün mərhələlərində xarici vendorlarla müstəqil şəkildə ünsiyyət qurmaq.

Sizdən nə tələb olunur?

Təhsil: İnsan resursları, Biznesin idarə edilməsi və ya digər müvafiq sahə üzrə bakalavr təhsili. Magistr dərəcəsi üstünlükdür.

Təcrübə: Mükafatlandirma ve İR əməliyyatları uzrə minimum 3 il təcrübə

Əmək bazarı analizi və benchmarking daxil olmaqla kompensasiya və imtiyaz proqramlarının dizayn və idarə edilməsində təcrübə 

Kompensasiya və imtiyazlarla bağlı tənzimləmə uyğunluğu haqqında güclü biliklər

Mükəmməl analitik bacarıq 

Güclü kommunikasiya və təqdimat bacarıqları, həmçinin idarəetmə və biznes liderlərinə təqdimat bacarığı

Məlumatların analizi və hesabat üçün Power Bi, Excel kimi məlumat vizuallaşdırma proqramlarından istifadə bacarığı

Guclu idarəetmə və prioritetləşdirmə bacarığı

Dəqiqliyə və detallara diqqət etmək bacarığı.