“PAŞA Həyat Sığorta”nın rəsmi sosial şəbəkə hesabında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə edilən paylaşım müzakirələrə səbəb olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə digital media mütəxəssisi Həsən Fətəliyev feysbukda "Sosial Media Marketinq" qrupunda paylaşım edib. 

Belə ki, şirkətin paylaşımında dibçəkdə solmuş qızılgül və üzərində "O gül olsun ki, zorakılığa məruz qalmayan qadınlara verilsin!" ifadəsi öz əksini tapıb. 

Qeyd edilən paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

İstifadəçilər sözügedən ifadədən belə qənaətə gəliblər ki, gül zorakılığa məruz qalmayanlara verilsin, qalanlara isə yox. 

Həmin paylaşımı təqdim edirik: