Parklanmaya görə sürücülərdən nağd pul tələb edilməsi qanunsuzdur.
İqtisadiyyat.az-ın xəbərinə görə , bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Qeyd olunub ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur.
"Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir", - deyə məlumatda bildirilib.