Fransanın paytaxtı Parisdə 69 yaşlı Fransa vətəndaşının tapança ilə atəş açması nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.


İqtisadiyyat.az xəbər verir ki, Fransanın paytaxtı Parisin 10-cu rayonundakı Enghien küçəsində Fransa vətəndaşı ətrafdakı insanlara atəş açıb.

İlkin məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Paris polisindən verilən açıqlamada 69 yaşlı şəxsin hücumun baş verdiyi yerdə saxlanıldığı bildirilib.

Açıqlamada xilasetmə qruplarının müdaxiləsi və təhlükəsizlik səbəbiylə bölgənin boşaldılması tələb edilib.