"Real Madrid”in italiyalı baş məşqçisi, İspaniya çempionu və Çempionlar Liqası kubokunun qalibi Karlo Ançelotti “Kral Klubu”nu tərk etmək istəməməsindən və milli komandaya rəhbərlik etməyə mənfi münasibətindən danışıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda "Sky İtaliya" məlumat yayıb.

“Məşqçilik karyeramı nə vaxt başa vuracağımı bilmirəm. Yəqin ki, klub məndən bezəndə “Real”dan ayrılacam. Bundan sonra mən ancaq gələcəyimi düşünəcəm.

Açıq deyə bilərəm ki, milli komandalarda işə mənfi münasibət bəsləyirəm. Mən gündəlik işə üstünlük verirəm. Mən bir çox komandada çalışmışam, amma ən çox “Real” və “Milan”la bağlıyam. "Real" bir ailədir".

Braziliya yığması Ançelottini dəvət etmək istəsə də, “Real” onunla müqaviləni 2026-cı ilə qədər uzadıb.