Pakistanda qeyri-qanuni rəqəmsal pul köçürmələrinin qarşısını almaq üçün kripto pul xidmətlərindən istifadə qadağan olunub.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə Pakistanın gəlir və maliyyə nazirinin müavini Ayşe Qus Paşa açıqlama verib.

Onun sözlərinə görə, İslamabad heç vaxt kriptovalyutaları leqallaşdırmayacaq:

"Pakistan Mərkəzi Bankı 2018-ci ilin aprelində kriptovalyuta ticarətini qadağan edib. Bu qadağaya baxmayaraq, kriptovalyutalara tələbat artmaqda davam edirdi. Lakin qanunsuzluğun qarşısını almaq üçün bundan sonra kriptovalyutadan istifadə edilməsinə icazə verilməyəcək".