Pakistanda üç həftə ərzində musson yağışlarının səbəb olduğu daşqınlardan zərər çəkmiş ərazilərdən 100 mindən çox insan təxliyə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat açıqlayıb.

Məlumata görə, Sutlej çayının daşması və ətraf əraziləri su basması səbəbindən işlərin gedişatı daha da çətinləşib. Hazırda təxliyyə işlərinin əksəriyyəti Bəhavalpur və Kasur bölgələrində aparılır.

Əlavə edək ki, hər ilin iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana ciddi şəkildə ziyan vurur. Ötən il ölkədə daşqınlar nəticəsində 1739 nəfər həyatını itirib, iqtisadiyyata isə 30 milyard dollardan çox ziyan dəyib.

 

Gözəl Həşimova