Pakistanın Xayber-Paxtunxva əyalətində silahlılar polis məntəqəsini ələ keçirərək içəridəki təhlükəsizlik qüvvələrini girov götürüblər.

İqtisadiyyat.az xəbər verir ki, Pakistan mətbuatının məlumatına görə, Bannu Terrorla Mübarizə Mərkəzi orada saxlanılan silahlılar tərəfindən ələ keçirilib.

Polis idarəsində 15-ə yaxın silahlının olduğu və onların 6-7 nəfəri girov götürdüyü bildirilib.

Səlahiyyətlilər girovların xilas edilməsi üçün əməliyyata başlanıldığını və yaraqlıların Əfqanıstana təhlükəsiz keçid istədiklərini açıqlayıb.

Yaraqlıların hansı təşkilata mənsub olduğu hələ də qaranlıq qalır.