Ən ağrılı problem kimi ərazilərin minalardan təmizlənməsi istiqamətində işlər ardıcıl şəkildə aparılır. Artıq 100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

“44 günlük müharibədən sonrakı dövrdə Qarabağda qalan Ermənistanın hərbi birləşmələri perimetr üzrə böyük bir ərazini yenidən minalayıb və bu da həllini gözləyən məsələlərdən biridir.

Əlbəttə, Azərbaycan dövlətinin potensialı mümkün qədər ən qısa zamanda bütün ərazilərimizi bərpa etməyə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu torpaqları cənnətə çevirməyə, oraya yenidən həyat qaytarmağa imkan verir”,- deyə S.Nuriyev bildirib.