Özbəkistanda son sutka ərzində 537 nəfərdə yeni növ koronavirus aşkar edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, bununla Özbəkistanda qeydə alınan koronavirusa yoluxma hallarının ümumi sayı 16 966-ya çatıb.

Qeyd olunur ki, virusdan ölənlərin sayı 84nəfərdir.

Pandemiyanın başlanmasından bəri ölkədə koronaviruslu 9 127 xəstə sağalıb.